Çində son sutkada koronavirusa 23 107 yoluxma faktə qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin səhiyyə komissarlığı məlumat yayıb.

Yoluxanlardan cəmi 1323 nəfərdə COVID-19-un simptomları aşkar edilib. Sutka ərzində yoluxmuş şəxslərdən 39-u xaricdən gəlib. Simptomsuz yoluxma göstəricisinə görə Şanxay və Hebey əyalətləri üstünlük təşkil edir.