Gürcüstanda ötən sutkada koronavirusa 324 yeni yoluxma halı təsdiqlənib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 721 nəfər müalicə olunaraq sağalıb, vəfat edən olmayıb.

Pandemiya başlayandan qonşu ölkədə COVID-19 infeksiyasına 1 650 708 nəfər yoluxub. Onların 1 629 987-si sağalıb, 16 765-i isə ölüb.