Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 698 tankı, 1891 zirehli döyüş maşını, 332 artilleriya sistemi, 108 reaktiv yaylım atəş sistemi, 55 havadan müdafiə sistemi, 150 hərbi təyyarəsi, 135 helikopteri, 1358 avtomobil texnikası, 7 gəmi/kateri, 76 yanacaq çəni, 111 dronu, 4 OTRK / TRK / mobil SRBM sistemi, 25 xüsusi avadanlığı məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 18900-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.