Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibə ölkəmizə 1 trilyon dollardan çox başa gələcək.

"Unikal" xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal "BBC News" müsahibəsində deyib.

“Martın birinci ongünlüyünə birbaşa itkilər – həm Kiyev İqtisadiyyat Məktəbinin, həm də İqtisadiyyat Nazirliyinin məlumatına görə – 560 milyard dollardan çox olub. Əgər ümumi daxili məhsulun itkilərini uzunmüddətli perspektivdə dağıdılmış istehsal müəssisələri, dağılmış infrastruktur faktlarından hesablasaq, itkilərin məbləği 1 trilyon dollardan qat-qat artıqdır. Müharibə səbəbindən ölkəmizin itirəcəyi budur", - deyə  baş nazir ifadə  edib. 

Gülayə  Mecid