Avstraliya hökuməti  Rusiya prezidenti Putinin ətrafı olan 67 rusiyalı oliqarxa sanksiya tətbiq edib.

"Unikal" xəbər verir ki,  bunu Avstraliyanın xarici işlər naziri Meri Peyn Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündə deyib.

“Bu gün mən Putinə yaxın 67 rus oliqarxına və elitasına qarşı onun hədsiz hərəkətlərini təşviq edən və dəstəkləyən yeni sanksiyaları elan edirəm”, - Peyn bildirib.

Kimlərin sanksiyalara məruz qalacağı ilə bağlı digər təfərrüatlar hələlik dəqiqləşdirilməyib.

Gülayə  Mecid