Ukraynada əsir düşən rus əsgərlərinin işgəncələrə məruz qalması və edam edilməsi  barəsində xəbərlər yayılıb. 

"Unikal" xəbər verir ki, "The New York Times" Ukrayna əsgərlərinin martın 30-da Kiyev yaxınlığındakı kənddə pusquya salıb əsir götürdükləri rus əsgərlərini vəhşicəsinə qətlə yetirdiklərini əks etdirən görüntü paylaşıb.

Kadrlarda öldürülən rus əsgərinin yanında qan içində olan daha 3 rus əsgərinin cəsədi diqqət çəkir. Yerdə olan əsgərin əllərinin arxasına bağlandığı görünərkən, ukraynalı əsgərlər "Ukraynaya qələbə" , - deyə qışqırır.

Ukraynanın bəzi KİV-ləri isə "The New York Times"ın bu xəbərini təkzib edib. Bildirilib ki, görüntülərdə bu şəxslərin rus əsgərləri olmadığını, 2014-cü ildə rusiyapərəst separatçılara qarşı mübarizə aparmaq üçün yaradılan Gürcüstan legionunun üzvləri olduğunu iddia edib.

Qeyd edək ki, Kiyevətrafı bölgələrdən geri çəkilən rus ordusunun bu bölgələrdə çoxlu sayda mülki vətəndaşı qətlə yetirdiyinə dair iddialar son vaxtlar müharibəyə damğasını vurub. Buçada rus əsgərləri tərəfindən işgəncələrə məruz qalan bir çox insanın küçələrdə öldürüldüyünə dair iddialar bütün dünyada Rusiyaya qarşı reaksiyaların artmasına səbəb olub. Rusiya isə bu görüntüləri “uydurma” və “Qərb təxribatı” kimi qələmə verməkdə davam edir.

Gülayə  Mecid 

 

 

Ukrayna’dan korkunç görüntü: Esir alınan Rus askerleri katledildi