“Rusiya qoşunları yaxın zamanlarda Donetsk və Luqansk vilayətlərini bütövlükdə ələ keçirmək niyyətindədir və bundan sonra onlar Kiyevi götürməyə cəhd göstərəcək”.

“Unikal” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları komandanlığı qərargahı rəisinin müavini, general Aleksandr Qruzeviç aprelin 7-də keçirdiyi brifinqdə bildirib.

“Düşmən Donetsk və Luqansk vilayətlərini tamamilə nəzarətə götürməyə cəhd edəcək. Bundan sonra onun yenidən Kiyevə hücum edəcəyi gözlənilir. Rəqib bu məqsəddən əl çəkməyib. Təhlükə hələ də qalmaqdadır”, - o vurğulayıb.

A.Qruzeviç deyib ki, hazırda Kiyevdə vəziyyət gərgindir: “Ukrayna hərbçiləri xarici müdafiə dairəsini genişləndirir, rayonlarda təmizlik zamanı diversantları saxlayırlar”.