Kolumbiyanın şimal-qərbində şaxtada baş verən sürüşmə nəticəsində 11 nəfər ölüb, 7 nəfər itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Milli Fəlakət Riskinin İdarə Edilməsi Bölməsi məlumat yayıb.

Güclü yağışın səbəb olduğu torpaq sürüşməsi Antioquia inzibati bölgəsindəki Abriaqui qəsəbəsində mədənə təsir edib.

İtkin düşənlərin axtarışı davam edir.

Abriaqui bələdiyyə başçısı Hektor Orreqo bildirib ki, hadisə işçilər nahar edərkən baş verib.