Ukrayna Rusiya ilə ticarət əlaqələrini dayandırır.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini Yuliya Sviridenko milli informasiya marafonunun efirində bildirib.

Onun sözlərinə görə, ticarət əlaqələrinin dayandırılması Rusiyaya hər il təxminən 6 milyard dollara başa gələcək.

"Rusiyanın idxalına qoyulan qadağa illik ən azı 6 milyard dollar valyuta gəlirinin qarşısını alacaq. Bu o deməkdir ki, onların büdcəsi bu vəsaitləri almayacaq və müharibəni maliyyələşdirmək üçün istifadə edə bilməyəcək", - Sviridenko deyib.