Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Vladimir Zelenski ilə Kiyev küçələrini gəzib.

"Unikal" xəbər verir ki, Ukrayna Prezidenti bu barədə "Facebook" səhifəsində paylaşım edib.

Prezident videonu "Biz Boris Consonla növbəti görüşümüzün dinc Ukrayna səması altında baş tutması üçün hər şeyi edirik" başlığı ilə paylaşıb.