Cənubi Afrikanın KvaZulu-Natal əyalətində leysan yağışları nəticəsində daşqınlarda ümumilikdə 20 nəfər həlak olub.

"Unikal" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, Kooperativ İdarəetmə və Ənənəvi İşlər sözçüsü Nonala bunun ilkin nəticə olduğunu, ölənlər və itkin düşənlərin sayının gün keçdikcə dəyişə biləcəyini istisna etməyib. 

"Bizim komandalarımız hələ də dəymiş ziyanın miqyasını hesablayır. Təbii fəlakətlə mübarizə qrupları sel, daşqın, binaların və yolların konstruksiyalarının çökməsi ilə üzləşmiş ərazilərdə insanları təxliyə edir", - dövlət rəsmisinin məlumatında deyilir. 

Məlumata görə, prosesə əsgərlər də cəlb olunub. 

Ağarza Elçinoğlu