Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkoya polkovnik rütbəsi verəcəyini vəd edib.

"Unikal" xəbər verir ki,bu barədə "RİA Novosti" məlumat yayıb.

Lukaşenkonun hazırkı hərbi rütbəsi ehtiyatda olan polkovnik-leytenantdır.

Fevralın 6-da Vladimir Solovyova müsahibə verən Belarus lideri Putinin ona polkovnik rütbəsi verəcəyini vəd etdiyini, lakin bunun hələ baş tutmadığını deyib. 

Buna Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cavab verib ki, Putinin başqa ölkənin silahlı qüvvələrinə rütbələr vermək hüququ yoxdur.

Ağarza Elçinoğlu