Rusiya Silahlı Qüvvələri (AF) Mirqorod hərbi aerodromunda dörd ədəd Ukrayna helikopterini məhv edib. 

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.

O, bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin (AFU) məhv edilmiş helikopterləri arasında iki ədəd"Mi-24" və iki ədəd "Mi-8" var. 

Ümumilikdə, son sutka ərzində, aprelin 12-də Ukraynanın 46 hərbi obyekti məhv edilib.

Ağarza Elçinoğlu