Ruslar “xüsusi əməliyyat” uğurla nəticələnərsə, mayın 9-da Mariupolda parad keçirməyi planlaşdırırlar.

"Unikal" xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko məlumat yayıb. 

"Bizdə olan məlumata görə, İvaşenkoya ("özünü Mariupolun "meri" elan edən - red.) mayın 9-da paradı təmin etmək üçün şəhərin Mərkəzi rayonunun bir hissəsini dağıntılardan və ölənlərin cəsədlərindən təmizləmək tapşırılıb. Bütün məlumatlar toplusuna əsasən, işğalçılar “xüsusi əməliyyatın” uğur qazanacağı təqdirdə mayın 9-da Mariupolda “qələbə karnavalı” keçirməyi planlaşdırırlar”, - Andryuşşenko yazıb.

Onun sözlərinə görə, şəhərdə belə tədbirləri keçirəcək nə texniki işçi var, nə də adam:

"Buna görə də, belə bir sifarişin potensial uğursuzluğu, əlbəttə ki, Gauleiter İvaşenkonun etibarlılığının azalmasına səbəb olur", - mer müşaviri əlavə edib.  

Gülayə Mecid