Mariupolda 1026 ukraynalı əsgər təslim olub. 

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.

Konaşenkov qeyd edib ki, təslim olanlar arasında 162 nəfər Ukrayna Silahlı Qüvvələrinin zabitləridir.

Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, təslim olanlar 36-cı dəniz piyada briqadasında xidmət ediblər. Təslim olanlardan bəzilərinə tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər.

Ağarza Elçinoğlu