Rusiyada son sutka ərzində daha 11 754 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal"ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 18 030 579 nəfərə çatıb.

Son sutka ərzində 267 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 372 512 nəfərə çatıb.