Çində koronavirusa yoluxanların sayı yenə artıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, son 24 saat ərzində Çində 29 411 koronavirusa yoluxma halı qeydə alınıb ki, bu da pandemiyanın başlanğıcından bəri rekord deməkdir.

Çin Xalq Respublikasının Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsinin məlumatına görə, COVID-19-a yoluxan 3020 nəfərdən 21-i xaricdən gəlib.

Qalan 2999 nəfər isə ölkədə daxilində olanlarda müəyyən edilib.

Qeyd edək ki, Çində COVID-19-a yoluxanların sayı ümumi 171,3 min nəfərdir.

Onlardan 143 mindən çoxu sağalıb, 4638 nəfəri isə ölüb.