ABŞ Ukraynaya yeni hərbi yardım paketi çərçivəsində əvvəllər Əfqanıstana göndərilməsi nəzərdə tutulan "Mi-17" helikopterləri verəcək.

"Unikal"ın "Amerikanın Səsi" radiosuna istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi bildirib.

"Bu 11 "Mi-17" Əfqanıstana təyinatlı idi. Onlar bizim ehtiyatlarımızdır. İndi biz onları Ukraynaya göndəririk", - məlumatda deyilir. 

Pentaqonun sözçüsü xatırladıb ki, ABŞ bu yaxınlarda Ukraynaya beş ədəd "Mi-17" verib. 

Ağarza Elçinoğlu