Ukrayna Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun “ruslar və ukraynalılar qardaşdır” açıqlamasına reaksiya verib.

"Unikal" xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko verdiyi açıqlamada, “Rusiya və Ukrayna bir sıra tarixi səbəblərə görə bir-birinə yaxındır. Lakin Rusiya və Ukraynanın qardaş olması əfsanəsi 2014-cü ildə Krımda bitib. Rus  guya Krımı qorumaq üçün gəldi, amma 8 ildə 14 min ukraynalı öldürdü. Həmçinin Rusiya fevralda raketlər göndərməyə başlayanda bu mif tamamilə bitdi", - deyə  bildirib.  

Rusiyanın Ukraynaya hücumlarına da toxunan Nikolenko, “Qardaş uşaq öldürməz, insanları güllələməz, qadına təcavüz etməz, qardaş kimi gördüyü millətin evini dağıtmaz. Ən amansız düşmən belə müdafiəsiz insanlara bunu etməzdi. “Qardaş xalq” ifadəsini işlətməyə əsas yoxdur”, - deyə o bildirib.

Gülayə Mecid