Finlandiya və İsveç NATO-ya daxil olarsa, Rusiya quru qoşunlarını və hava hücumundan müdafiəni gücləndirəcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev cümə axşamı, aprelin 14 -də öz "Telegram" kanalında yazıb.

"Finlandiya və İsveçin NATO-ya qoşulması halında Rusiya quru qoşunlarını və hava hücumundan müdafiəni gücləndirməli, həmçinin Finlandiya körfəzinə əhəmiyyətli sayda Dəniz Qüvvələri yerləşdirməli olacaq", - Medvedev deyib. 

Ağarza Elçinoğlu