Şimali Koreya lideri Kim Çen In dövlət mediasının aparıcısı Ri Çun Hiyə dəbdəbəli ev hədiyyə edib.

"Unikal" xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumat yayıb. 

Kim ənənəvi paltarının rənginə görə "çəhrayı qadın" kimi tanınan diktor 79 yaşlı Riyə dəbdəbəli ev hədiyyə edib və ondan "Şimali Koreyanın səsi" olmağa davam etməsini istəyib.