Rusiyanın müdafiə naziri Sergey Şoyqu infarkt keçirərək xəstəxanaya yerləşdirilib.

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir  ki, bu  barədə  Rusiya-İsrail ictimai xadimi, YuKOS-un keçmiş həmtəsisçisi Leonid Nevzlin məlumat verib.

Onun sözlərinə görə, Şoyqu infarkt keçirib. Rusiya Federasiyasının müdafiə nazirinin sağ qalıb-qalmayacağı məlum deyil.

"Şoyqu sağ qalsa, əlil ola bilər. Qəfildən infarkt keçirdi, reanimasiyadadır, cihazlara qoşulub", - deyə xadim bildirib.