Slovakiyanın müdafiə naziri Yaroslav Nagy Rusiyanın Ukraynaya müdaxiləsinə görə ölkəsini “cəbhə bölgəsi” adlandırıb və Putini Adolf Hitlerlə müqayisə edib. 

"Unikal" xəbər verir ki, o, bu barədə “The New York Times” qəzetinə şərhində bildirib.

Nazirin sözlərinə görə, Putin “Hitlere bərabərdir” və o, daha da qərbə doğru hərəkət etməzdən əvvəl Ukraynada dayandırılmalıdır.

“Ukrayna sözün əsl mənasında bizim gələcəyimiz üçün mübarizə aparır". 

Qeyd edək ki, Slovakiya S-300 hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verib. Bundan əlavə, Slovakiya hökuməti Bratislava və Kiyev arasında Zuzana özüyeriyən artilleriya qurğularının 2 satışı ilə bağlı danışıqları təsdiqləyib.

Gülayə Mecid