Ukraynanın müxalifət lideri, xalq deputatı Viktor Medvedçuk həbs edilib.

"Unikal" xarici  KİV-ə istinadən xəbər verir ki, bu barədə Lvovun Lıçakovski Rayon Məhkəməsi qərar qəbul edib. Bildirilir ki, dövlətə xəyanətdə və terror təşkilatının fəaliyyətinə yardımda şübhəli bilinən “Ömürlük Müxalifət Platforması”nın xalq deputatı Viktor Medvedçuk ev dustaqlığından qaçıb.

Aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.