Əfqanıstanda bombalı hücum nəticəsində əsas elektrik xəttində iki dirəyin uçması səbəbindən paytaxt Kabil də daxil olmaqla 10 əyalət elektriksiz qalıb.

"Unikal" xəbər verir  ki, Əfqanıstan Elektrik Paylayıcı Şirkətinin (Breşna) açıqlamasına görə, dünən axşam saatlarında Pervan vilayətinin Salanq rayonunda bombalı hücum nəticəsində iki elektrik dirəyi məhv edilib.

Hadisə nəticəsində paytaxt Kabil də daxil olmaqla 10 əyalətdə elektrik enerjisi kəsilib.