ABŞ-ın Kanzas ştatına təsir edən tornado bölgəyə maddi ziyan vurub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kanzas ştatının Viçita şəhərində tornado zamanı 50-dən çox binaya ziyan dəyib. Şəhərin Andover qəsəbəsində avtomobilin yaratdığı dağıntılar və tornadonun sürüklədiyi ev xarabalıqları səbəbindən yollar bağlanıb.

Təbii fəlakətdə tələfat qeydə alınmasa da, qasırğadan zərər çəkmiş bölgələrdə 22 mindən çox ev işıqsız qalıb.