Ukrayna Prezidenti Vladimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, o,  bu  barədə “Twitter“ hesabındaməlumat paylaşıb. 

“Mən Boris Consonla əlaqəni davam etdirirəm. Biz döyüş meydanındakı vəziyyət və mühasirədəki Mariupol barəsində danışdıq. Ukraynaya müdafiə dəstəyi və sülhə nail olunması üçün zəruri diplomatik səyləri müzakirə etdik”, - UKrayna lideri  ifadə  edib.