Rusiya Ukraynanın Odessa hava limanına raket zərbələri endirib.

"Unikal"  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

Raket hücumu nəticəsində Odessa hava limanının uçuş-enmə zolağı zədələnib. Onun yenidən istifadəsi mümkün deyil.

Həmçinin, şəhərdə bir neçə partlayış səsi eşidilib. Odessa vilayətində hava həyəcanı elan edilib. Vətəndaşlardan sığınacağa getmələri xahiş olunub.