Əfqanıstanın paytaxtı Kabildə mikroavtobusun partladılması nəticəsində bir mülki şəxs ölüb, 3 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, Kabil Polis İdarəsindən verilən açıqlamada, paytaxtın Dehburi qovşağında sərnişin mikroavtobusa edilən bombalı hücumda bir mülki şəxsin həlak olduğunu bildirilib. 

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.