İsveç Rusiya qırıcısının Blekinge bölgəsi üzərindən uçaraq İsveç hava məkanını pozduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, İsveç Silahlı Qüvvələrindən verilən yazılı açıqlamada, Blekinge bölgəsinin cənubunda Rusiyaya məxsus döyüş təyyarəsinin İsveç hava məkanını pozduğu bildirilib.

Açıqlamada sözügedən təyyarənin İsveç sərhədlərini tərk edərək geri döndüyü vurğulanıb və bütün prosesin fotoşəkilləri çəkilib.