İraqın Ənbar vilayətində ABŞ əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd bazasına raketli hücum həyata keçirilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hərbi bazaya edilən hücumda baza ətrafına raketlərin düşdüyü bildirilsə də, ölən və yaralananlarla bağlı hələlik açıqlama verilməyib.