Fransanın Marsel şəhərinin yaxınlığında yerləşən Buş-dyu-Ron rayonunda evdə partlayış baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Qonşu binada yaşayan sakinlər təxliyə edilib. Partlayışın səbəbi məlum deyil.