Yeni Zelandiya Rusiya Federasiya Şurasının 170 üzvünə və 18 maliyyə qurumuna sanksiya tətbiq edib.

"Unikal" xarici  KIV-ə istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaiya Maxuta məlumat yayıb. 

Bildirilir ki, sanksiya siyahısına Rusiyanın Mərkəzi Bankı, Milli Rifah Fondu, “Alfa-bank”, “Rossiya” bankı, Qara Dəniz İnkişaf və Yenidənqurma Bankı, Moskva Kredit Bankı, “Qazprombank”, “Sberbank”, “Sovkombank”, “Novikombank”, “Rosselxozbank”, Rusiya Kommersiya Bankı (Krımda yerləşən), “Venşekonombank” və VTB düşüb.