Azərbaycanda son gündə koronavirus əleyhinə 2 342 vaksin vurulub.

Bu barədə "Unikal"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 506, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza vaksin vurduranların sayı 1 397, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 272 nəfərdir.