Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6, ikinci mərhələ üzrə vaksinasiya olunan olmayıb, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 8, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfərdir.