Uqandada davam edən Ebola epidemiyası paytaxt Kampalaya yayıldıqdan sonra Mubende və Kassanda bölgələrində komendant saatı elan edilib.

"Unikal" xəbər verir ki, sentyabrın 20-də Uqandada elan edilən Ebola epidemiyası sürətlə yayılmağa davam edir. Uqanda prezidenti Yoweri Museveni tərəfindən edilən açıqlamada Mubende və Kassanda bölgələrində ibadət və əyləncə yerlərinin bağlandığı, komendant saatı elan edildiyi bildirilib. İki bölgəyə 21 gün müddətində giriş-çıxış qadağası qoyulduğunu deyən Museveni, tədbirlərin ən qısa zamanda həyata keçiriləcəyini də qeyd edib.

"Bunlar Ebolanın yayılmasına nəzarət üçün müvəqqəti tədbirlərdir. Hamımız əməkdaşlıq etməliyik. Səlahiyyətlilər epidemiyaya ən qısa zamanda son qoysunlar." 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus
Uqandada Ebola epidemiyasında ölənlərin sayının 39-a yüksəldiyini, 54 təsdiqlənmiş və 20 ehtimal hadisəsi olduğunu bildirib. "Hazırda 660-dan çox insan aktiv nəzarət altındadır"  Ghebreyesus bildirib.

"İndi əsas diqqətimiz Uqanda hökumətinə bu epidemiyanın qonşu bölgələrə və ölkələrə yayılmasının qarşısını almaq üçün tez bir zamanda dəstəkləməkdir."

Gültəkin