Mərkəzi Amerikanın Sakit okean sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzindən (CSEM) əldə edilən məlumata görə, yerli vaxtla saat 06:48-də Ekvadordan 620 kilometr şimalda və Kosta-Rikadan 738 kilometr cənub-qərbdə Sakit okeanda 6,3 bal gücündə zəlzələ baş verib. 11 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami riskinin olmadığı bildirilib. Zəlzələ nəticəsində indiyədək can və ya mal itkisi qeydə alınmayıb.