Ukrayna prezidenti Volodimir Zelenski oktyabrın 20-21-də Brüsseldə keçiriləcək sammitdə Avropa İttifaqı liderlərinə müraciət edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” Avropa İttifaqındakı mənbələrinə istinadən yazıb.

“Prezident Zelenski Avropa Şurasının rəsmi iclasında çıxış edəcək ”, - mənbə agentliyə bildirib.

Zelenskinin çıxışının virtual formatda olacağı gözlənilir .

Bundan əvvəl məlum olmuşdu ki, Zelenskinin dekabr ayına qədər “Ukraynadan mesaj” adlı çıxışlar toplusunu nəşr etdirəcək. Kitabın hər biri 16 dollara çap olunan kolleksiya Amerikanın Penguin Random House nəşriyyatında çap olunacaq.

Kolleksiyaya Zelenskinin 2019-cu ildə prezidentlik müddətinin əvvəlindən 2022-ci ilin sonuna qədər olan çıxışları daxil ediləcək. Ukrayna prezidentinin sözlərinə görə, topluda “Ukrayna xalqının tarixini izah etmək” üçün nəzərdə tutulmuş çıxışlar yer alacaq.

Gültəkin Ələsgər