İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat zamanı Rusiya prezidenti Vladimir Putinlə münasibətlərini bərpa etdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, eks baş nazirin sözlərinə görə, Putin ona 20 şüşə araq və çox gözəl ad günü məktubu göndərib. 

O,  Lambrusko şüşələri və eyni gözəl məktubla Putinə cavab verdiyini bildirib. 

Berluskoni Rusiya prezidentini “sülhsevər və sağlam düşüncəli insan” adlandırıb. Onun sözlərinə görə, son vaxtlar nüvə münaqişəsi ehtimalı ilə bağlı xəbərdarlıqlar çox eşidilir və Ukraynanın  NATO -ya daxil olması hazırkı münaqişəni “dünya müharibəsi”nə çevirəcək.

Berluskoni son videomüraciətində Avropanın dünya səviyyəli hərbi gücə çevrilməli olduğunu deyib və Çini “iqtisadi, siyasi və hərbi baxımdan təhlükəli çağırış” adlandırıb. O, Avropa ölkələrini hərbi resursları birgə əlaqələndirməyə və ümumi xarici siyasətə dəstək verməyə çağırıb.

Gültəkin Ələsgər