Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderləri - Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin görüşünün yekunlarına dair sənədlərin razılaşdırılıb - razılaşdırılmayacağı barədə Kreml məlumat verəcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz sizə məlumat verəcəyik. Sənədlər razılaşdırılsa, sizə məlumat veriləcək", - Peskov deyib. 

Qeyd edək ki, bu gün Soçidə Rusiya,  Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək. 

Ağarza Elçinoğlu