Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə Soçidə keçirilən görüş regionda sülhün bərqərar olması istiqamətində irəliləyiş idi. 

"Unikal" xəbər verir ki, bunu noyabrın 2-də Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 

Paşinyanın sözlərinə görə, görüş çox vacib və faydalı olub: "Bu görüşdə sülh gündəliyinin həyata keçirilməsi üçün addım atıldığını qeyd etmək olarmı? Tamamilə bəli deyə bilərəm". 

Ağarza Elçinoğlu