Rusiya Qara dəniz “Taxıl sazişi”ndə iştirakını bərpa edir.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Ukrayna rəsmi şəkildə əmin edib ki, dəniz humanitar dəhlizindən yalnız Qara dəniz təşəbbüsünün müddəalarına uyğun istifadə olunacaq", -  deyə məlumatda qeyd olunub.

Nazirlikdən bildirib ki, Rusiya Ukraynadan taxıl dəhlizindən Rusiya Federasiyasına qarşı hərbi əməliyyatlar üçün istifadə etməməklə yazılı zəmanət alıb.