Rusiya prezidenti Vladimir Putin hələ 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı qərar verməyib.

"Unikal" gazeta.ru-ya  istinadən xəbər verir ki,  bunu  Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

Peskov Putinin qarşıdan gələn seçkilərdə iştirak etmək qərarına gəlib-gəlməməsi ilə bağlı suala “Xeyr” cavabını verib.

Vladimir Putin ilk dəfə 2002-ci ildə Rusiya prezidenti seçilib, daha sonra 2004, 2012 və 2018-ci illərdə yenidən bu vəzifəyə seçilib. Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin qəbulundan sonra o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək hüququ əldə edib.

2020-ci ildə Putin dövlət başçısı kimi qalmaq imkanını şərh edərək bildirib ki, onun prezidentliyi “mütləq nə vaxtsa başa çatmalıdır”.

Gülayə Mecid