Ural Hava Yollarına məxsus sərnişin təyyarəsinin eniş zamanı təkərləri partlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə noyabrın 2-də Rusiya Federasiyası İstintaq Komitəsinin nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsindən məlumat verilib.

Hadisə çərşənbə günü İrkutsk hava limanında baş verib: "Ural Hava Yollarının Airbus A-320-200 təyyarəsi eniş zamanı təyyarənin əsas eniş qurğusunun 4 pnevmatik hissəsi zədələnib". 

Agentliyin ilkin məlumatlarına görə, təyyarənin göyərtəsində 82 sərnişin və 6 ekipaj üzvü olub. Ölən və yaralanan yoxdur. Təyyarənin özü də zədələnməyib.

Ağarza Elçinoğlu