Rusiya qırıcı təyyarələri hava döyüşü zamanı Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus "MiQ-29" təyyarəsini vurub. 

"Unikal" xəbər verir ki, bu barədə noyabrın 2-də Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ukraynanın çoxməqsədli qırıcısı Xarkov vilayətinin Pasika kəndi yaxınlığında məhv edilib.

Ağarza Elçinoğlu