Danimarkanın Baş naziri və Sosial Demokratlar Partiyasının lideri Mette Frederiksen parlament seçkilərindən sonra istefa ərizəsini kraliça II Marqretəyə təqdim edib. 

"Unikal" xəbər verir ki, bu barədə noyabrın 2-də "Reuters" məlumat yayıb.

Siyasətçi partiya liderlərinin debatında bildirib ki, indi parlament partiyalarının nümayəndələri danışıqların raundunu keçirməlidirlər, bundan sonra yeni hökumətin formalaşdırılması ilə bağlı nəticələr çıxarılacaq.

Seçkidən əvvəl və sonra Frederiksen geniş koalisiya hökuməti qurmağa çalışacağını bildirib.

Ağarza Elçinoğlu