Türkiyə Ukrayndakı müharibənin ədalətli və davamlı həlli üçün səylərini davam etdirəcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın tviter hesabında yazıb.

"Qlobal ərzaq təhlükəsizliyi və xüsusən də yoxsul ölkələr üçün mühüm əhəmiyyət kəsb edən Ukrayna və Rusiyadan taxıl daşınmasının bərpası Türkiyənin konstruktiv və çoxşaxəli diplomatiyasının növbəti nailiyyətidir" - deyə Türkiyə rəsmisi bildirib.

Qeyd edək ki, Rusiya Sevastopoldakı terror aktından sonra dayandırılmış “taxıl sazişi”nin icrasını bərpa edir. Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Moskva Ukraynadan yazılı təminat alıb - Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib.

Müdafiə Nazirliyi əlavə edib ki, BMT və Türkiyənin vasitəçiliyi ilə sövdələşməyə qayıtmaq mümkün olub.