Yunanıstan prezidenti Katerina Sakellaropulou və milli müdafiə naziri Nikos Panayiotopulos Kiyevə səfər edəcək və burada BMP-1-i Ukraynaya təhvil verəcəklər.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. 

Həmçinin Yunanıstan Ukrayna tərəfini əlavə 155 mm-lik sursatla təmin etməyi planlaşdırır.

“Cümə axşamı Yunanıstan prezidenti müdafiə naziri və onun ofisinin rəhbərinin müşayiəti ilə Polşa üzərindən qatarla Kiyevə gedəcək”, - KİV-də  qeyd olunub.  

Gülayə Mecid