Moskvanın Basmannı məhkəməsi “Rus dünyası”nın ideoloqu Aleksandr Duqinin qızı Dariyanın qətli işi üzrə Nataliya Vovku qiyabi həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın “RİA Novosti” nəşri məlumat yayıb.

"Məhkəmə Vovk barəsində Rusiya Federasiyasının ərazisində saxlandığı və ya ekstradisiya edildiyi andan iki ay müddətinə həbs qətimkan tədbiri seçib", - məlumatda deyilir.

Rusiyada Vovk bir qrup şəxs tərəfindən siyasi və ya digər nifrət zəminində təhlükəli şəkildə törədilmiş qətldə ittiham olunur. Rusiya onu səkkiz ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutub. Məhkəmə qeyd edib ki, Vovk beynəlxalq axtarışa verilib.

Xatırladaq ki, avqustun 21-nə keçən gecə  “Rus dünyasının” əsas ideoloqlarından biri Aleksandr Duqinin qızı Dariya Moskva yaxınlığında dünyasını dəyişib. Dariya Duqinanın idarə etdiyi avtomobil partlayıb. Partlayışa səbəb ilkin olaraq qaz balonu göstərilsə də, ekspertlər onun avtomobilinə əldəqayırma partlayıcı qurğunun yerləşdirildiyini bildiriblər. 

Qeyd edək ki, Dariya Duqi  Rusiyanın Ukraynaya hücumundan bəhs edən “Z kitabı”nın müəlliflərindən biridir.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB)  Dariya Duqinanın qətlinin arxasında Ukrayna xüsusi xidmət orqanlarının dayandığını bildirir.  

Gülayə  Mecid