Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin 2014-cü ildən bəri 10,5 milyondan çox insanın Ukraynanı tərk etdiyini, ölkə əhalisinin 53,7%-ni itirdiyini bildirib.

"Unikal" xəbər verir ki, o, bu  barədə "Telegram" kanalında paylaşım edib. 

Volodinin sözlərinə görə, 2014-cü ildə baş verən “dövlət çevrilişindən” sonra ölkə suverenliyini “itirdi”.

Dövlət Dumasının spikeri vurğulayıb ki, həmin andan 10,5 milyondan çox insan Ukraynanı tərk edib və Krım, Sevastopol, Donetsk və Luqansk Xalq Respublikaları, Zaporojye və Xerson vilayətlərinin daha 11,2 milyon sakini “Rusiya ilə birlikdə olmaq seçimini edib". 

Bundan əvvəl Volodin Ukraynanın gələcəkdə tamhüquqlu dövlət kimi mövcud olmaq imkanını itirdiyini və ABŞ-ın müstəmləkəsinə çevrildiyini iddia edib.  

Gülayə  Mecid